Müğənni Roza Zərgərlinin sosial şəbəkədə yayımladığı son video izləyicilər arasında ciddi ajiotaj yaradıb.
Musavat.com xəbər verir ki, videoda sənətçinin yeriməkdə çətinlik çəkdiyi aydın görünür. Kadrlarda Roza addım atmağa çalışsa da, bu, ona ağrılı və müşkül başa gəlir. Müğənni eyni zamanda yaxın günlərdə Rusiyanın Vladiqafqaz şəhərində konsert proqramı ilə çıxış edəcəyini elan edib.
Qeyd edək ki, Roza Zərgərli ötən il dördüncü mərhələli koksartroz – yəni bud-çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını, bu səbəbdən də yeriməkdə ağır fiziki əziyyətlər çəkdiyini açıqlamışdı:
“Bud-çanaq oynaqlarımda böyük problemlərim var. Mən hər il bununla bağlı əməliyyat olunuram. Bəzən isə sosial şəbəkə əhli mənim bu xəstəliyimi bilməyə-bilməyə yazırlar: "Roza raxitdir, ayaqları əyridir... Roza nə gündəsən... Bir yeri Rozanın çox böyükdür”. Əslində mən real həyatda ekranda göründüyü kimi artıq çəkili deyiləm və bədən formalarım da normaldır. Bu xəstəliyi olan mənim kimi insan yeriməməlidir və tamaşaçı qarşısına çıxmamalıdır. Amma mən ağrıya-ağrıya və bu ağrılardan qurtulmaq üçün ağrıkəsici dərmanlar qəbul edərək öz tamaşaçılarımın qarşısına gəlirəm”.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































