Amerikalı bəstəkar və prodüser Kuinsi Cons bazar günü Kaliforniyadakı evində 92 yaşında vəfat edib, “Associated Press” xəbər verir. O, “Grammy” Musiqi Mükafatı, “Oskar” Kino Mükafatı, “Emmi” Telemükafatı və “Tony” Teatr Mükafatı qazanan adam kimi və 80 dəfə “Grammy” Mükafatına namizəd kimi tanınır.
Cons tarixdə ən çox satılan musiqi albomu olan Maykl Ceksonun “Triller”inin prodüseridir. O, Frank Sinatra, Rey Çarlz, Dina Vaşinqton, Areta Franklin ilə işləmiş və Dyuk Ellinqtonla birlikdə çıxış etmişdir.
70 illik karyerası ərzində Cons musiqinin demək olar ki, bütün janrları ilə işləmişdir: caz, blüz, gospel, soul, fank, R&B, disko, rok və rep. O, “Rolling Stone” jurnalına bildirib ki, rok musiqisinin səsi üçün əsas olan Fender bas gitaralarından və sintezatordan ilk istifadə edən o olub.
Xatirələrinin audio versiyası ayrıca “Grammy” mükafatı aldı, o, 28 dəfə bu mükafata layiq görülüb. O, Rok-n-Roll Şöhrət Zalına daxil edilib və ABŞ Milli İncəsənət Medalı ilə təltif edilib. Onun altı qızı və bir oğlu qalıb.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























