"Səhnədə olduğum 35 il mənə hər şey verdi, tamaşaçı alqışı, sevgisi, çiçəklər gördüm. Amma bu 35 il məndən nələr aldı. Sağlamlığımı aldı. Amma ən əsası insanlara güvənimi aldı. İnsana bu həyatda yaşamaqdan ötrü güvən lazımdır. Mələykə Əsədova təkcə səhnədə olunmur. İnsanlara o qədər bağlı idim. İndi də bəzən qəlbimin içində o uşaqlıq, saflıq və təmizlik var. İnsanlara o qədər inandım, amma onlar güvənimi aldılar. O qədər məni incitdilər ki".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova qonaq olduğu "Qapqara" layihəsində deyib. Aktrisa səhnə üçün verdiyi qurbanlardan danışıb:
"Kimsə öz xeyrinə görə bəzən şöhrətimdən, bəzən veriliş baxılacaq deyə, başlıqlar yazıldı... Amma mən elə reklamlardan qaçırıam. Məni kim belə etdi? İnsanlar. Çalışıram inanım, amma inananda da yenə də qəlbimi küsdürürlər. Allaha o qədər sevgim var. Allaha sığındıqca insanlardan uzaqlaşdım. Qara insanlar mənə həyatda adımlamağı öyrətdilər. Maneələr törətdikcə gücləndim və güvənimi itirdim.
Buğa bürcündənəm, zərifəm, gözələm, incəyəm. Amma bu qədər zərif Mələykə nə qədər çiyinlərində yüklər daşıyır. Amma Mələykə zəif deyil. Güclüyəm. Həyat o qədər qısadır ki, onu yaşa, başqalarınkına müdaxilə edib çətinlik törətmə.
Gözəl anayam. Bunu isə hər kəs bilir. Övladım dünyaya gələndə həyatımı ona qurban vermişəm. Özüm də çox gözəl övlad olmuşam. Bunu da hər kəs bilir. Amma 35 il səhnə fəaliyyətimdə və 57 illik həyatımda isə aktrisayam. Deyəsən, bircə qadınlığımı unutmuşam. Əslində bilmirlər ki, bu zərif Mələykə nə qədər təkbaşına çarpışır bu həyatda. Qadınlığımı səhnəmə qurban verdim".
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























