Hüseyn 153 milyonluq borcundan danışdı: Vecimə deyil

Hüseyn 153 milyonluq borcundan danışdı: Vecimə deyil

Rusiyanın azərbaycanlı bloqeri Hüseyn Həsənov külli miqdarda vergi borcu olması haqda sualları cavabıandırıb.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl Hüseynin Rusiya vergi orqanlarına 153 milyon rubl (təxminən 3 milyon manat) borcu olması haqda xəbərlər dərc edilib. Buna görə də vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışır.

İzləyicilərindən biri Hüseynə "Səni xəbərlərdə izləyirik. Danışacaqsan" sualını ünvanlayıb.

Həsənov yazılanlara "Əgər kimsə nəsə danışır və ya yazırsa, bu həmişə düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır" reaksiyasını verib.

"Nəyə görə Azərbaycana köçdünüz" sualına isə o belə cavab verib: "Heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Həmişə səyahət edir və dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır".

Bloqer qadınlarla və şəxsi həyatı ilə bağlı sualıda cavabsız qoymayıb:

"Hələ ki subayam. Yəni mən nə evli, nə də hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə, elə də adlandırın. Heç vecimə də deyil.

Yeri gəlmişkən, aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm".

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az