Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla həbs olunan türkiyəli sosial media fenomeni Dilan Polatın növbəti məhkəməsi olub.
Axşam.az xəbər verir ki, hakim qarşısında çıxış edən Dilan "Allahım, heç bir günahım yoxdur" deyib və ürəyi gedib. Yerə yıxılan fenomen məhkəmə zalından çıxarılıb, həkim tərəfindən müayinə edilib.
Məhkəmənin qərarı ilə Dilan və Engin Polat, Sezgin Polat azadlığa buraxılıblar. Amma onların mühakiməsi davam edəcək.
Xatırladaq ki, bir müddət öncə Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































