Xavyer Miley bazar günü Argentinanın prezidenti vəzifəsinin icrasına başlayıb. Libertar iqtisadçı Milli Konqresdə and içib və üçrəqəmli inflyasiyanın qarşısını ala bilməyən keçmiş prezident Alberto Fernandez Argentina bayrağının rənglərində lenti yeni prezidentin yaxasına taxdı.
Xavyer Miyleynin zaldakı tərəfdarları onu “Azadlıq” qışqırığları ilə qarşılayıblar.
Yeni prezident inauqurasiya nitqini qanunvericilərə deyil, parlamentdən kənarda seçicilərinə söyləməklə ənənəni pozdu.
Argentina lideri öz çıxışında “xəzinədə pul olmadığını” və ölkənin “şok kurs korreksiyası”, yəni xərclərin kəskin azalması ilə xəbərdarlığını etdi. Mərasimdə digərləri ilə yanaşı, Vladimir Zelenski, İspan Kralı VI Felipe və Macarıstanın baş naziri Viktor Orban, İspaniyanın Vox partiyasının rəhbəri Santiaqo Abaskal və Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən "ifrat sağçı" siyasətçiləri iştirak ediblər.
Lula da Silva və Meksika prezidenti Lopez Obrador kimi bəzi solçu liderlər Buenos Ayresə gəlməyiblər.
Vladimir Zelenski üçün bu, genişmiqyaslı müharibə başlayandan bəri Cənubi Amerikaya ilk səfərdir. Vladimir Zelenski və Viktor Orban xarici qonaqlar üçün olan yığıncaqda görüşüblər. Onların söhbətinin məzmunu barədə hələlik məlumat yoxdur.
Macarıstanın baş naziri Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını əngəlləməklə və Aİ-nin 2027-ci ilə qədər Kiyevə 50 milyard avro ayırmasına veto qoymaqla hədələyir.
Ukrayna prezidenti səfərindən Paraqvay, Ekvador və Uruqvay liderləri ilə qeyri-rəsmi görüşlər üçün də istifadə edib. 2023-cü ilin fevralında bu üç dövlət BMT Baş Assambleyasının Rusiyadan müharibəni dayandırmasını və qoşunlarını Ukraynadan çıxarmasını tələb edən qətnamənin lehinə səs veriblər.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























