Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot Kiyevə səfəri zamanı Ukraynaya 2,5 milyard avro yardım vəd edib. Bu, Rusiya ilə müharibənin növbəti qışa qədər uzanması və Qərbin davamlı dəstəyi olmadan Kiyevin hərbi səylərinin zəifləyəcəyi ilə bağlı qorxuların artdığı bir vaxta təsadüf edir , lakin gözlənilməz addımla prezident Vladimir Zelenski çərşənbə axşamı axşam saatlarında ABŞ Senatına planlaşdırılan video müraciətini ləğv edib . Konqres , demokratlar və respublikaçılar arasında qızğın müzakirələrə səbəb olan Ukraynaya yardım proqramına səs verməyə hazırlaşır.
Prezident administrasiyasından rəsmi açıqlama verilməyib, lakin müdafiə naziri Rustem Umerov vəziyyəti şərh edib:
"Bu, müharibədir, vəziyyət dəyişir , amma məncə Zelenski onlara minnətdardır və mümkün olduqda növbəti dəfə müraciətini edəcək"
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova:
“Əslində fəlakətli heç nə baş verməyib... Bir neçə brifinqdən birində iştirak etmək ideyası var idi, əgər qoşulmaq mümkün olsa, lakin Konqres təkcə Ukrayna məsələlərini deyil, həm də daxili məsələlərini müzakirə etdiklərinə görə belə bir qərar qəbul etdik."
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























