Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun partiyası siyasətçinin Macarıstanın baş naziri Viktor Orbanla görüşünün planlaşdırıldığı barədə ölkənin Təhlükəsizlik Xidmətinin məlumatını etibarsız adlandırıb.
"SBU"-ya görə, Ali Radanın deputatı ilə “Putinin dostu” Orbanın görüşü Rusiya tərəfindən təbliğat məqsədilə istifadə oluna bilər , ona görə də Poroşenko Ukraynadan buraxılmayıb və onun çıxış icazəsi ləğv edilib.
Siyasətçinin özü hadisəni “absurd teatrı” adlandırıb. Onun sözlərinə görə, Varşava və Vaşinqtonda o, "ABŞ Konqresinin" və "Polşa Seymi"nin nümayəndələri ilə Avropaya inteqrasiya, hərbi və maliyyə dəstəyi məsələləri ilə bağlı görüşlər planlaşdırıb.
Macarıstan bildirib ki, bu cür xəbərlər “Ukraynanın Avropa İttifaqına üzv olmağa hazır olmadığını göstərən daha bir sübutdur”. Macarıstan hökumətinin rəsmi nümayəndəsi Zoltan Kovaçın nəşrində deyilir: “Macarıstan prezident Zelenskinin daxili siyasi mübarizəsində heç bir rol oynamaq istəmir."
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























