"HƏMAS" 10-u Taylandlı və bir Filippinli də daxil olmaqla 24 girovdan ibarət ilk qrupunu azad etdikdən sonra İsrail şənbə günü günortadan sonra azad ediləcək 13 nəfərlik ikinci qrupun siyahısını aldığını bildirib.
İsrail mediasının məlumatına görə, birinci qrupa dördü uşaq olmaqla 13 israilli daxil olub. İkinci qrupda isə daha çox uşaq olacağı bildirilir.
Razılaşmaya əsasən, İsrail cavab olaraq həbsxanalarından 39 (24 qadın və 15 kişi) fələstinli məhbusu azad edib . Məhbuslar İordan çayının qərb sahilinə qayıdıblar. Onların arasında 2015-ci ildə 16 yaşında ikən həbs olunan Mara Bəkir də var.
"Bəli, mən şadam," o, evə qayıdanda deyib , "amma eyni zamanda çox üzücüdür ki, azadlığımızın əvəzi Qəzza zolağındakı şəhidlərin qanıdır. Ümid edirik ki, onlar indi sağlamdırlar və müharibə tezliklə başa çatacaq ."
İsrail xəbərdarlıq edir ki, müharibə atəşkəslə bitməyib. Yəhudi dövlətinin ordusunun məqsədi hələ də eynidir . "HƏMAS"-ı məhv etmək .
Qətərin vasitəçiliyi ilə İsrail və "Həmas" arasında atəşkəs razılaşması əldə edilib, lakin İsrailə qarşı olan digər iki qrup atəşkəsə zəmanət vermir.
Bir tərəfdə Qəzza zolağından kənarda fəaliyyət göstərən Fələstin silahlı qruplaşması "slami Cihaddır". O, həmçinin oktyabrın 7-də keçirilən reyd zamanı bir neçə nəfəri girov götürüb. Digər tərəfdə İran və "HƏMAS" ilə əlaqələri olan Livan qruplaşması olan "Hizbullahdır". Cümə axşamı İsrail və Livan sərhədində döyüşlər şiddətlənib, lakin hələlik "Hizbullah" atəşkəsi qoruyur.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































