Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Kemeron bir gün əvvəl Odessaya gəlib və burada Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə görüşüb. Nazirlər iyulda Rusiyanın atəşi nəticəsində zədələnmiş Spaso-Preobrajenski kafedral kilsəsini ziyarət edib, daha sonra Odessa ticarət limanına yollanıblar.
Kemeron bildirib ki, Ukrayna Böyük Britaniya və bir qrup Britaniya sığorta şirkətləri ilə ölkənin ixracatını güzəştli hərbi sığorta ilə təmin etmək üçün “xüsusi razılaşma” əldə ediblər.
Ukrayna dünyanın ən böyük kənd təsərrüfatı istehsalçılarından biridir, lakin Rusiyanın ötən fevraldakı işğalından sonra ixracı əngəllənib. Devid Kemeron və Dmitri Kuleba Ukrayna taxılının ixracı və hava hücumundan müdafiənin gücləndirilməsi üçün yeni perspektivləri müzakirə ediblər.
Rusiya ordusu qış kampaniyası üçün texnika ehtiyatı yığdıqca, Ukraynanın sursat ehtiyatı İsraillə "Həməs" arasındakı müharibə səbəbindən azalır. Bu barədə prezident Vladimir Zelenski bildirib. O, mətbuata açıqlamasında Qəzza zolağında gedən döyüşlərin Ukrayna ordusu üçün son dərəcə vacib olan artilleriya sursatlarının tədarükünün ləngiməsinə səbəb olmasından təəssüfləndiyini bildirib.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























