Fransanın Yaxın Şərq diplomatlarından Makrona tənqid məktubu: «Biz nüfuzumuzu itiririk». Fransanın Yaxın Şərqdəki bəzi diplomatik nümayəndələri prezident Emmanuel Makronun İsrailyönlü münasibətindən “təəssüfləndiklərini” bildiriblər.
Səfirlər münaqişənin əvvəlində “Fransanın İsrailin lehinə mövqeyinin Yaxın Şərqdə yanlış anlaşıldığını və bunun Fransanın israillilərlə fələstinlilər arasında ənənəvi balanslaşdırılmış mövqeyi ilə ziddiyyət təşkil etdiyini” əsaslandırıblar.
Fransa mətbuatında dərc olunan xəbərlərdə “Fransanın nüfuz və təsir itkisinə məruz qaldığı, ölkənin ərəb dünyasındakı pis imicinə diqqət çəkildiyi” bildirilən məktubda bunun Makron tərəfindən tutulan mövqenin nəticəsi olduğu bildirilir.
Fransa ilə Yaxın Şərq arasında etimad böhranının ciddi olduğu və uzunmüddətli olma riski daşıdığına dair xəbərdarlıq edən məktubda deyilir: “Biz keçmişdə Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlı böhranlar yaşadıq, lakin onları kifayət qədər tez zərərsizləşdirə bildik, lakin bu dəfə bizə qarşı inamsızlıq dərindir” deyə bildirilib.
Məktubda "Həmsöhbətlərimiz özümüzə xəyanət etdiyimizi düşünür. Humanizmə əsaslanan diskursumuzun yeni yanaşmamıza zidd olduğuna inanırlar. Onlar üçün Fransanın alternativ səsi artıq mövcud deyil" kimi ifadələr də yer almışdır.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























