Avropa İttifaqı gələcək islahatlar şərti ilə Gürcüstana bloka üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edib. Hesabatda qeyd olunur ki, prosesə ölkədəki daxili siyasi gərginlik təsir edir.
Gürcüstan vətəndaşları Tbilisidə prezident sarayının qarşısına toplaşaraq Avropa İttifaqının qurumlarının qərarını qeyd ediblər . Onlar çoxdan gözlənilən qələbədən danışıblar.
Baş nazir İrakli Qaribaşvili 8 noyabrı tarixi gün adlandırıb.
"Həyatımda heç vaxt bunun şahidi olacağımı gözləmirdim, həmişə bu günü arzulayırdım, lakin bu 30 illik müstəqillik o qədər çətin olub ki, mən həmişə Aİ-yə inteqrasiyanı gələcəkdə uzaq bir şey kimi düşünürdüm . Mən gürcü xalqından çox məmnunam , onlar bu ən vacib qərarı verənlərdir, hamını təbrik edirik, biz bütün həyatımızda çalışdığımız ailəyə qoşulmağa hazırlaşırıq”, - Gürcüstanın keçmiş reinteqrasiya naziri Paata Zakareişvili bildirib.
"Bu gün qəbul edilən qərar bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün azadlıq və müstəqillik deməkdir və bu kritik vəziyyətdə bu qərar daha vacibdir", - Tbilisi sakini deyir.
Aİ-nin Gürcüstandakı səfirləri bayram tədbirinə qatılıblar. Tiflis ərizəni ötən ilin martında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra təqdim edib.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























