Rusiya azərbaycanlı və erməni qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılmasına dəstək verməyə hazırdır.
Oxuməni.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov belə deyib.
"Qaçqınlar məsələsinə gəldikdə, bura həm azərbaycanlı, həm erməni qaçqınlar daxildir-onlar beynəlxalq humanitar hüququn normalarına tam uyğun olaraq, təhlükəsiz və könüllü şəkildə öz ənənəvi yaşayış yerlərinə qaytarılmalıdır",-Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya xarici işlər naziri əlavə edib ki, qaçqınlara əvvəlki yaşayış yerlərində məskunlaşmaq üçün kömək göstərilməlidir, xüsusən də həmin yerlər döyüş əməliyyatlarına məruz qalıbsa və bərpa işləri tələb olunursa.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi bu məsələni Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurerelə görüşdə müzakirə edib. "Burada əlbətdə, beynəlxalq təşkilatlar da öz rolunu oynamalıdır və biz buna hərtərəfli dəstək verəcəyik. Qayıtmaq istəyənlərə mümkün qədər tez kömək etmək, bunu maksimal təhlükəsiz, maksimal komfort situasiyada etmək lazımdır",-Lavrov belə deyib.
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































