"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycana hərbi personal göndərilməsi haqqında fərman layihəsinin Türkiyə parlamentinə təqdim edilməsi respublika qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurdur".
Oxuməni.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatıqladaq ki, Anadolu agentliyi Türkiyə Prezidenti Tayyib Ərdoğanın türk hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı qətnamə layihəsini respublika parlamentinə göndərdiyini bildirmişdi.
"Fakt budur ki, Azərbaycan ərazisində bir monitorinq mərkəzi də olacaq, türk hərbçiləri oraya göndərilməlidir. Burada daxili prosedurların həyata keçirilməsi, Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş prosedurlardan söhbət gedir. Bu, Türkiyənin daxili işidir",- deyə Peskov qeyd edib.
"Azərbaycanda ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəlincə, bu, Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın məhsuludur", - Kremlin sözçüsü əlavə edib.
Rüfət
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































