Türkiyədə Prezident Administrasiyası prezident Rəcəb Tayyob Ərdoğanın imzasıyla Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.
Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Bildirilir ki, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb.
Qeyd edək ki, bu il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya sülhməramlıları bölgəyə gətirilib. Ancaq Türkiyə dövləti bölgədə sülhməramlıların fəaliyyətinə nəzarət etmək, Qarabağda qalıcı sülhün bərqərar olunmasında, erməni hərbi birləşmələrin bölgədən çəkilməsi prosesində iştirak etmək niyyətindədir.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































