Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın rəhbərliyi ilə Qarabağa dair əldə edilən razılaşma erməni qoşunlarının mühasirəyə alınmasının və kollapsının (tam darmadağın edilməsinin) qarşısını aldı.
Oxuməni.az xəbər verir ki, Paşinyan bununla da tam məğlub olduqlarını etiraf edib:
"Hərbi əməliyyatların davam etməsi halında Stepanakertin (Xankəndi) itirilməsi təhlükəsi yaranacaqdı. Baş qərargah mənə məruzə etdi ki, resurslarla bağlı bizim problemlərimiz var. Və Artsaxın (Dağlıq Qarabağa verilən qondarma ad) siyasi rəhbərliyi də bu mövqeyi bölüşdü. İmzalanmış sənəd sayəsində biz hərbi əməliyyatların davam etməsi halında əldə edə bilməyəcəyimizi qazandıq. Stepanakert mahiyyətcə tam müdafiəsiz qalmışdı. Əgər müharibə davam etsəydi erməni tərəfi nəinki Stepanakerti, eləcə də Martuni və Əsgəranı da itirəcəkdi. Bunun ardınca növbə ikinci, üçüncü, dördüncü müdafiə rayonlarına çatacaqdı və hərbçilər mühasirəyə düşəcəkdi. Nəticədə kollaps baş verəcəkdi. Məhz bu əsasla belə qərar qəbul edildi. Təsadüfi deyil ki, bu günlərdə hərbçilər ön xətdən videoroliklər göndərib qəbul edilən qərarı dəstəkləyirlər. Bu nə deməkdir? O deməkdir ki, onlar yerdə situasiyanı daha yaxşı başa düşürlər. Bütün həqiqət bax budur",-Paşinyan özünün Facebook səhifəsində bildirib.
Həmid
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































