Rusiya Müdafiə Nazirliyi bu gün Bakı vaxtı ilə saat 8.00-dan etibarən sülhməramlı qüvvələrini Qarabağda yerləşdirilməsinə başlayıb.
Oxuməni.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sülhməramlıları və onların hərbi texnikasını daşıyan ilk 4 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələrin göyərtələrində sülhməramlı qüvvələrin şəxsi heyəti, zirehli transportyorlar, maddi-texniki vasitələr yer alır.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 vahid avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələr Qarabağda yerləşdiriləcək.
"Rusiya sülhməramlı qüvvələrinin regiona göndərilməsi əməliyyatı İl-76 nəqliyyat təyyarələrinin də cəlb edilməsi ilə kombinə edilmiş şəkildə həyata keçiriləcək",-Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhəri rayonunda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































