Ermənistanın atəşkəs razılaşmalarına necə "sədaqət" nümayiş etdirdiyini biz yaxın 30 illik tariximizdən bilirik.
Oxuməni.az bildirir ki, bununla bağlı tariximizdə acı təcrübə var və ermənilər həmişə xəyanətkarlıqlarını biruzə veriblər və atəşkəsdən öz xeyirlərinə istifadə ediblər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən axar.az ermənilərin xəyanətkar üzünü ifşa edən 3 tarixi və 3 fotonu gündəmə gətirib.
Birinci foto 1992-ci il 21 fevralda çəkilib. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmin gün atəşkəs razılaşması imzalandı.
5 gün sonra - 1992-ci il fevralın 26-sında Xocalı soyqırımı törədildi.

İkinci fakt 1992-ci il 7 maya aiddir. Həmin gün Tehranda İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan atəşkəs imzaladı.
Bir gün sonra – mayın 8-i Şuşa işğal edildi.

Nəhayət, sonuncu fakt və foto 2020-ci il oktyabrın 10-una aiddir. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılığa gəlindi.
Həmin günün gecə saatlarında ermənilər Gəncəyə raket zərbələri endirdi və 9 dinc sakinin ölümü, 34 nəfərin ağır yaralanması ilə nəticələnən terakt törətdi.

Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















