Natəvan Katsman: Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edəcək

Natəvan Katsman: Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edəcək

Ermənistan bütün cəbhələrdə məğlub olmasına baxmayaraq, öz vətəndaşlarını aldatmaqda davam edir.

Oxuməni.az xəbər verir ki, bunu israilli ekspert Natəvan Katsman bölgədə davam edən müharibə ilə əlaqədar trend-ə deyib.

O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında münaqişədir: "Heç bir türk qoşunları, digər qoşunlar buraya cəlb edilməyib. Azərbaycanın digər qoşunları cəlb etmək ehtiyacı yoxdur. Azərbaycanın həm say, həm də ən yeni texnologiya və silahlarla təchizat baxımından güclü ordusu var".

Azərbaycanın strateji obyektlərinə hücumlar barədə danışan ekspert bildirib ki, bu, Ermənistan tərəfindən münaqişəyə digər ölkələri cəlb etmək və regional münaqişəyə çevirmək məqsədilə planlaşdırılıb. N.Katsman qeyd edib ki, Azərbaycan Prezidentinin ağıllı siyasəti ölkəni uğura aparır və əmin olduğunu bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edəcək: "Azərbaycan ermıni sakinlərə qarşı deyil, heç vaxt onları sıxışdırmayıb. Ermənilər Azərbaycanda bu gün də yaşayır və heç kim deyə bilməz ki, onlar əziyyət çəkir. Atəşə tutulan Azərbaycan şəhərlərinin sakinləri isə zərər görür. Arzu edirik ki, bu, tezliklə başa çatsın. Amma vurğulamaq lazımdır ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə, bu başa çatmayacaq".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az