Təbii ki, Ermənistan rəhbəri heç bir güzəştə getməyə hazır deyil. Ona hadisələrin inkişaf sürətini azaltmaq üçün fasilə və vaxt qazanmaq lazımdır.
Oxuməni.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bölgədəki vəziyyəti şərh edərkən axar.az-a deyib.
O bildirib ki, iki il ərzində qəsdən və məqsədyönlü şəkildə münaqişənin həlli üçün Ermənistan-Azərbaycan danışıqlar prosesini məhv edən Paşinyan nə istədiyini hələ o zaman açıq şəkildə bəyan edib:
"Güzəştlər" – bu, nə deməkdir axı? Hər şey çox bulanıqdır. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, hələ 2016-cı ilin ikinci yarısında Rusiya prezidenti hər iki tərəfi kompromisə çağırarkən rəsmi Bakı dərhal bu təklifə səs verdi. Xüsusilə iki ölkə arasında Sülh Platformasını təşkil edərək, digər təşəbbüsləri də irəli sürdü. Ona görə də Paşinyanın bəyanatı bir qədər gecikib. Paşinyan Türkiyənin münaqişə ətrafındakı atmosferdən xaric edilməsinə dair "güzəşt"ə işarə edib. Amma bunun üçün o, əvvəlcə Fransanı tənqid etməlidir".
Qriqori Trofimçukun sözlərinə görə, Paşinyan Ermənistandakı mövqeyinin getdikcə zəiflədiyinin fərqindədir:
"Yeni Qarabağ gərginliyi ərəfəsində erməni müxalifəti ona qarşı ciddi şəkildə birləşməyə başlayıb. Ermənistanın baş naziri bu sahədə də vaxt qazanmağa çalışır. Bu durumda danışıqlar prosesinin yenidən davam edə bilməsi üçün Paşinyanın özünün istefası güzəştlərdən biri kimi qiymətləndirilə bilər".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















