"Əl-Cəzirə" telekanalı Azərbaycanın Tərtər rayonundan növbəti reportajı yayımlayıb.
Oxuməni.az xəbər verir ki, kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri rayon sakinlərindən birinin həyətində çəkiliş aparıb. Reportajda deyilir ki, ev ermənilərin ağır artilleriya hücumu nəticəsində dağılıb. Evin sakinləri isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasına sığınıblar. Reportajda rayonda məskunlaşmış məcburi köçkünlərdən müsahibələr də yer alıb. Bildirilir ki, onların doğma torpaqları 30 ildir Ermənistanın işğalı altındadır. Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan hücumları nəticəsində Tərtərdə xeyli ailənin evlərinə ziyan edib. Buna baxmayaraq onlar öz yaşayış yerlərini tərk etmirlər. Reportajda Azərbaycanın mülki əhalisinin, mülki obyektlərinin hədəfə alındığı, məktəblərin, evlərin, hətta xəstəxanaların zərər gördüyü, onlarla ölən və yaralananların olduğu qeyd edilir. Sakinlər isə deyirlər ki, ermənilərin hücumları onları qorxutmur. Ümumiyyətlə, azərbaycanlıların əhval-ruhiyyəsinin yüksək olduğu, yüzlərlə gəncin orduya yazıldığı diqqətə çatdırılır.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















