7 rayonun qaytarılmasına Xarici işlər naziri Kozırev maneə oldu

7 rayonun qaytarılmasına   Xarici işlər naziri Kozırev maneə oldu

"Rusiya bütün tədbirləri görməlidir ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatlar dayandırılsın, insanlar ölməsin, tərəflər danışıqlar prosesinə qayıtsın".

Oxuməni.az-ın verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağdakı vəziyyətə dair bəyanatın qəbulu zamanı çıxış edən Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

"İndi hamı deyir ki, problemi diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır, status-kvonu dəyişmək lazım deyil. Burada mən parlamentarilərimizə, Azərbaycan və Ermənistan parlamentinə müraciət edərək bildirmək istəyirəm ki, biz Dağlıq Qarabağdakı vəziyyətin sabitləşməsi üçün vasitəçilik etməyə hazırıq. Rusiya parlamenti bu təcrübəyə malikdir. 1994-cü ildə atəşkəs haqqında Bişkək protokolunun imzalanması məhz MDB Parlament Assambleyasının sayəsində mümkün olub. Həmin vaxt əldə olunan razılığa görə Ermənistan ələ keçirdiyi yeddi rayonu Azərbaycana qaytarmalı idi. Hər kəs bu torpaqların Azərbaycan ərazisi olduğunu hesab edir. Razılaşmanın üçüncü bəndi məcburi köçkünlərin evlərinə qayıtması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, referendum və s. idi. Lakin Rusiyanın o vaxtkı xarici işlər naziri Kozırev buna maneə oldu. İşğal altındakı ərazilərin geri qaytarılması və məcburi köçkünlərin evlərinə qayıtması, Qarabağın statusu və digər məsələlərin ATƏT-in Minsk qrupuna həvalə edildiyini bildirdi. 30 ildir ki, hər şey göz qabağındadır. Qısası, bu proses dəfn olunub. Bu gün biz sizinlə yenidən Qarabağ münaqişəsi prosesinin əvvəlinə qayıdırıq", - deyə rusiyalı parlamentari vurğulayıb.

L. Kalaşnikov rəhbərlik etdiyi komitənin hazırladığı bəyanat layihəsində əsas məsələnin Dağlıq Qarabağda müharibənin dayandırılması olduğunu söyləyib: "Bu bəyanatda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilən MDB, Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatlara da müraciət etmişik".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az