Bolqarıstanın "Dnevnik" jurnalının oxucuları ölkənin Baş naziri Boyko Borisovun Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlığını lağa qoyublar.
Oxuməni.az xəbər verir ki, nəşr Baş nazir Boyko Borisovun açıqlamasını "Günün sitatı" rubrikasında yerləşdirib.
"Hələ mən bir neçə il əvvəl Prezident Putini, o vaxtın Baş naziri Dmitri Medvedyevi xəbərdar etmişdim ki, Bolqarıstan ərazisində belə bir halın baş verməsinə imkan verməyəcəm. Dövlət Milli Təhlükəsizliyi Agentliyi (DANS) və prokurorluq bununla bağlı sərt addımlar atır və casusluq etməyə çalışan hər kəsə beynəlxalq hüquqda açıq şəkildə göstərilən müvafiq tədbirləri tətbiq edəcəyik. DANS və prokurorluqda kifayət qədər məlumatlar var", - baş nazir çıxışında bildirib.
Nəşrun oxucuları isə Boyko Borisovun çıxışını bu cür lağa qoyublar: "Aha, Putin bu xəbərdarlıqdan qorxdu, ağladı da"; "Putinin xəbəri var ki, ona xəbərdarlıq ediblər?"
Qeyd edək ki, bir neçə gün öncə Bolqarıstan iki rusiyalı diplomatı casusluqda ittiham edib. Hər iki diplomatın ölkə ərazisində casusluqla məşğul olduğu bildirilib.
Həmidə
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















