İraqdakı Ermənistan səfiri belə bir addım atıbsa, bu o deməkdir ki, o, İraq daxilində terrorçu qüvvələrə dəstək verib. Belə olduğu halda səfirin dərhal İraqdan çıxarılması lazımdır.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi son günlər Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsi haqda yayılan xəbərləri şərh edərkən axar.az-a deyib.
Onun sözlərinə görə, PKK-nın terror təşkilatı olduğu hər kəsə məlumdur və onun üzvlərindən muzdlu döyüşçü kimi hər yerdə istifadə olunur:
"Burada adı çəkilən erməni səfir də bu kimi işlər görməyə cəhd edibsə, zamanında Suriya rejimi necə PKK-nı dəstəkləyib sonra bundan əziyyət çəkdisə, eyni tale Ermənistanı da gözləyir. Çünki PKK-nı zamanında suriyalılar da dəstəklədilər. İndi isə məhz PKK onların başına böyük bir bəla olub".
Ermənistanın Azərbaycanla olan Qarabağ problemini masa arxasında həll etməli olduğunu vurğulayan türkman lider erməni tərəfinin terrorçulara arxalanıb onları bu bölgəyə gətirməsinin beynəlxalq hüquq normalarına zidd olduğunu deyib:
"İraq hökumətinin və Xarici İşlər Nazirliyinin bunu yaxından izləməsi lazımdır. Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan PKK terrorçuları ilə görüşübsə, sözügedən muzdluları işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yerləşdirərsə, rəsmi Bakı ilə rəsmi Bağdad arasında böyük diplomatik problemlər yaşana bilər. Bu gün İraqın ərazi bütövlüyünü təhdid edən PKK terror təşkilatı Mahmur qərargahında və ya Sincar dağlarında İraqın daxili işləri və daxili təhlükəsizliyinə müdaxilə etmiş oldu. Həm də İraqın xarici əlaqələrini qonşu ölkə Türkiyə ilə də çox pis bir hala gətirdi. Əlbəttə, bu terror təşkilatlarına ev sahibliyi etmək birmənalı şəkildə qonşu ölkələr üçün problem yaradacaq".
Ərşad Salehi bu məsələnin araşdırılması üçün İraq XİN-ə rəsmi müraciət ünvanlayacağını da vurğulayıb.
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































