Türkiyə ilə Misir arasında tam razılıq əldə etmək mövcud vəziyyətdə çox çətin görünür

Türkiyə ilə Misir arasında tam razılıq əldə etmək mövcud vəziyyətdə çox çətin görünür

Türkiyə və Misir razılaşsa, digər ölkələr gözləmə nöqtəsinə qayıdacaqlar.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq Turab Rzayev Türkiyə və Misir arasında Aralıq dənizinin şərq hissəsi ilə bağlı aparılan müzakirələrlə əlaqədar axar.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Türkiyə ilə Misir arasında tam razılıq əldə etmək mövcud vəziyyətdə çox çətin görünür:

"Düzdür, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından məlum oldu ki, Türkiyə ilə Misir Aralıq dənizində birlikdə əməkdaşlıq edir. Bu özü belə bir daha sübut edir ki, rəsmi Ankara regionda gərginlik yaratmaq niyyətində deyil və əməkdaşlığa razı olan istənilən region ölkəsi ilə birlikdə hərəkət edə bilər".

Politoloq qeyd edib ki, rəsmi Qahirə ilə Ankara arasında münasibətləri soyudan iki faktor var:

"Birincisi, Türkiyə Misirin hərbi çevrilişlə hakimiyyətə gələn lideri Əbdülfəttah Sisinin hakimiyyətini tanımır. Ərəb baharı zamanı rəsmi Ankaranın müxalifləri dəstəkləməsi bu gün Misirlə münasibətlərin soyumasının başlıca səbəbidir.

İkincisi, Misir Türkiyə ilə Liviyada faktiki olaraq qarşı-qarşıya gəlir. Rəsmi Ankaranın Sərraca dəstək verməsi və Haftarın tədricən mövqelərini itirməsi ilk növbədə Qahirəni narahat edir. Liviyada Haftarın devrilməsi Misirin maraqlarına uyğun deyil. Faktiki olaraq Sisi Haftardan sonra sıranın özünə gələcəyini düşünür. Buna görə də Haftara bütün gücü ilə dəstək verir".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az