Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ermənistan öz işğalçı siyasətindən heç bir halda imtina etmir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanın nəinki Qafqaz-2020, ümumiyyətlə, heç bir hərbi təlimdə Ermənistan hərbçiləri ilə birlikdə iştirakı mümkün deyil.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Qafqaz-2020 təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etməməsini şərh edərkən axar.az-a açıqlamasında deyib.
Ş.Ramaldanov bildirib ki, Azərbaycan Ordusu dünyanın bir çox hərbi yarışlarında iştirak edir:
"Müxtəlif vaxtlarda keçirilən hərbi yarışlarda Ordumuzun yüksək peşəkarlığı və dəqiqliyi sayəsində qələbələr qazandığının şahidi oluruq.
Bildiyiniz kimi, bir müddət öncə Rusiya Müdafiə naziri Sergey Şoyqu ölkəmizdə rəsmi səfərdə oldu. Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənova Rusiyada keçiriləcək Qafqaz-2020 təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etməsini təklif etmişdi. Lakin cənab nazir bu təklifi qəbul etməmişdi. Düşünürəm, təlimlərdə iştirak bir seçimdir. Azərbaycan da öz seçim haqqından istifadə edərək, Qafqaz-2020 təlimlərində iştirakdan imtina edib. Azərbaycanın Qafqaz-2020 təlimlərində iştirak etməməsinin bir sıra səbəbləri var:
Birincisi, Qafqaz-2020 təlimlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr iştirak edir. Azərbaycan bu iki təşkilata üzv deyil.
İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir üzvü olan Ermənistan da bu təlimlərdə iştirak edir. Azərbaycan ümumiyyətlə, Ermənistanın iştirak etdiyi heç bir hərbi təlimdə iştirak etmir. Ona görə də rəsmi Bakının bu təlimlərə qatılmaması çox təbii və zəruridir".
Oxuməni.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































