Prezident İlham Əliyevin Yunanıstan səfiri ilə görüşü zamanı verdiyi açıqlaması və Türkiyənin bu bəyanatı dəstəkləməsi ermənilərə və yunanlara verilən ən gözəl cavabdır.
Oxuməni.az xəbər verir ki, bu sözləri Türkiyə Politika İnstitutunun araşdırmaçısı Əhməd Qaya Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən Axar.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Yunanıstan bu gün Türkiyəni Aralıq dənizindən və Egeydən uzaqlaşdırmaq üçün Ermənistan kartından istifadə etmək istəyir:
"Rəsmi Afina məhz bu səbəbdən Ermənistana dəstək nümayiş etdirir. Cənab Əliyevin açıqlamasını yalnız bu kontekstdə qiymətləndirmək lazımdır.
Azərbaycan və Türkiyə arasındakı qardaşlığın ortaq dil, din, mədəniyyət, etnik mənsubiyyət və tarixi özündə birləşdirməsi və mütəmadi olaraq hər iki tərəfin bunu ən yüksək səviyyədə dilə gətirməsi düşmənlərinin birləşməsinə gətirib çıxarır. Mövcud siyasi vəziyyət Birinci Dünya müharibəsindən əvvəlki duruma bənzəyir. Türkiyənin zəifləməsini və Azərbaycana nəzarəti ələ keçirməyi istəyənlər var.
Afina Azərbaycanın probleminin Türkiyənin də problemi olduğunu bildiyi üçün Ermənistan məsələsindən istifadə edir".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















