Fransada aksiyalarda 410.000 etirazçı iştirak edib
25 Oktyabr 10:32
Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasında sentyabrın 22-də çıxış edə bilər.
Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, Putinin adı həmin tarixdə ümumpolitik debatlarda çıxış edənlərin siyahısında yer alır.
Bununla belə iyul ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi ki, dövlət başçısı hələlik Baş Assambleyaya - Nyu-Yorka getməyi planlaşdırmır.
Cənab Putinin sentyabrın 22-də Braziliya, ABŞ, Türkiyə, Çin, Çili və Kuba liderlərindən sonra yeddinci çıxış edəcəyi güman edilir.
Vladimir Putin 2000, 2003, 2005 və 2015-ci illərdə BMT-nin tribunasından dörd dəfə çıxış edib.
Oxuməni.az