HƏMAS-la İsrail arasında əldə edilən razılaşma önəmli və vacib bir hadisədir

HƏMAS-la İsrail arasında əldə edilən razılaşma  önəmli və vacib bir hadisədir

HƏMAS-la İsrail arasında əldə edilən razılaşma Yaxın Şərq üçün çox önəmli və vacib bir hadisədir. Bu razılaşmanın nə dərəcədə davamlı olacağını zaman göstərəcək.

Oxuməni.az xəbər verir ki, bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu HƏMAS-la İsrail arasında əldə edilən razılaşmanı şərh edərkən axar.az-a deyib. O bildirib ki, İsrail ilə ərəb ölkələri arasında bir müddətdir davam edən yaxınlaşma öz müsbət nəticələrini göstərməkdədir:

"Düşünürəm, İsrailin HƏMAS-la razılığa gəlməsi İsrail-Ərəb münasibətlərinə də müsbət təsir edəcək. Hər halda İsrailin Fələstinlə bağlı kompromisə gedəcəyi gözlənilirdi. Bu, ərəb ölkələrinin rəsmi Təl-Əvivə güvənməsi üçün vacib bir şərt idi. Nəticə etibarilə Qətər nümayəndəsi Məhəmməd Amadinin vasitəçiliyi ilə keçirilən görüşdə Qəzzadakı gərginliyin sona çatdırılması üçün İsrail ilə razılaşma əldə edildi.

Təbii ki, bu prosesdə ABŞ-ın da xüsusi payı var. Çünki bu gün Ərəb-İsrail münasibətlərinin normallaşması rəsmi Vaşinqton üçün prioritetlərdən sayılır. Belə bir razılıq regionda İsrail üçün çox vacibdir. Çünki günü-gündən güclənən Türkiyə və davam edən İran təhdidi rəsmi Təl-Əvivi sərhədlərindəki gərginliyi sonlandırmağa vadar edir".

Ekspertin sözlərinə görə, Pompeonun Yaxın Şərq səfərinin nəticəsi artıq özünü göstərir:

"Bir müddət öncə ABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə turnesi oldu. Səfərin məqsədi isə bəlli idi: İsrail ilə ərəb ölkələri arasında münasibətlərin mümkün variantda həll edilməsi və mövcud gərginliyin iqtisadi, siyasi tərəfdaşlıqla əvəzlənməsi. Bu, həm də ABŞ-ın Yaxın Şərq üçün təqdim etdiyi "Əsrin müqaviləsi"nin ana xəttini təşkil edir.

Görünür, rəsmi Vaşinqton region üçün nəzərdə tutduğu siyasi konfiqurasiyanı addım-addım tətbiq etmədəkdədir. Regionda sabitliyin əldə olunması hər nə qədər müsbət hal olsa da, düşünürəm ki, fərqli qüvvələrin maraqları yenə də öz sözünü deyəcək. Çünki bu gün İsrail-Ərəb münasibətlərinin yaxşılaşması heç də hər kəsin maraqları ilə üst-üstə düşmür".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az