PKK/PYD terror təşkilatının liderlərindən olan İlham Əhmədin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya gedib.
Oxuməni.az xəbər verir ki, İlham Əhmədlə Əsəd rejiminə bağlı Xalqın İradəsi Partiyasının lideri Qədri Cəmil arasında Moskvada siyasi anlaşma imzalanıb.
Q.Cəmil terror təşkilatı ilə imzalanan anlaşmada Suriya böhranının həlli istiqamətində vacib maddələrin yer aldığını bildirib.
Daha sonra qonaqlar Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Görüşdə Suriya böhranının həlli yolları, humanitar yardımlar barədə fikir mübadiləsi aparılıb.
Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə etiraz bəyanatı yayıb:
"PKK/YPG-nin rəhbərliyi altında qondarma Suriya demokratik şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Rusiyaya dəvət olunmasından və yüksək səviyyəli rəsmilər tərəfindən qəbul edilməsindən narahatıq.
PKK/YPG Suriyada yerli xalqa zülm edən, ölkənin ərazi bütövlüyünə qəsd edən, başda Türkiyə olmaqla, qonşu dövlətlərə təhlükə yaradan terror təşkilatıdır. Rusiyadan Astana formatındakı görüşlərdə verilən öhdəliklərə uyğun hərəkət etmələrini gözləyirik".
Oxuməni.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































