Həmişə demişəm, bir daha təkrar edirəm: Qarabağın azadlığı üçün biz danışıqları Rusiya ilə aparmalıyıq. Əgər Rusiya indiki siyasətini davam etdirərsə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalı, müvafiq qanunları dəyişməklə ölkədə Türkiyənin hərbi bazalarını yerləşdirməlidir.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın Ermənistana sihal tədarükünü şərh edərkən axar.az-a açıqlamasında deyib.
O bildirib ki, torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməliyik:
"Ciddi qərarlar qəbul edib, qətiyyətli addımlar ata bilməsək, Ermənistanla bir 30 il də danışıqlar aparsaq, heç bir nəticəsi olmayacaq. Parlamentin payız sessiyası başlayan kimi mən Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəm. Müstəqil dövlət olub, müstəqil siyasət yürütdüyümüzü deyib, hətta bunu edə bilməyəcəyiksə, onda torpaqlarımızın azad olunmasını gərək yuxuda da görməyək".
Millət vəkili qeyd edib ki, Rusiya torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı ola-ola biz ona "vasitəçilik", əslində isə işğalçılıq siyasətinə görə təşəkkür edib, strateji müttəfiqlikdən danışmamalıyıq:
"Biz özümüz özümüzə hörmət etməliyik ki, başqaları da etsin".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















