Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümü münasibətilə videoçarx hazırlanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə danışan Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun videoklipin "Qızıl Alma" marşı əsasında hazırlandığını, burada qızıl almanın simvolik olaraq Türkiyəni təmsil etdiyini bildirib:
"Bizim üçün "Qızıl Alma" böyük və güclü bir Türkiyədir. Malazgirtdən 15 iyula qədər dastanlar yazan millətimizi təbrik edirəm. "Qızıl Alma" neçə məzlumun kölgəsində sərinlədiyi çinardır".
Xatırladaq ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyojenin ordusuna qarşı döyüşərək tarixi zəfər qazanıb. Səlcuqların sayca az, lakin cəsur və yenilməz qüvvəsi qarşısında tab gətirməyən Bizans İmperatorluğu süqut edib. Beləliklə də Böyük Səlcuq İmperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün tarixi şans yaranıb.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















