Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya Müdafiə naziri Zakir Həsənovun dəvəti ilə gəlir.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərini şərh edərkən axar.az-a açıqlamasında deyib.
Ş.Ramaldanov bildirib ki, S.Şoyqunun "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku"un açılışı ilə bağlı Bakıya gələcəyi gözlənilən idi:
"Bildiyiniz kimi, "Dəniz Kuboku" Rusiya Federasiyasında keçirilən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsidir. Rusiya bizim şimal qonşumuzdur. Bundan əlavə, ölkələrarası yüksək səviyyəli münasibətlər mövcuddur. Yəni belə səfərlər daim olub, bundan sonra da olacaq".
Polkovnikin sözlərinə görə, səfər çərçivəsində iki ölkənin müdafiə nazirlərinin aydınlaşdırmalı olduğu bir sıra məsələlər var:
"Sergey Şoyqunun Bakıya səfəri heç də tam mənasında işgüzar mahiyyət daşımır. Faktiki olaraq rəsmi Moskva Cənubi Qafqazda baş verən son proseslərdən (ermənilərin Tovuz təxribatı nəzərdə tutulur – red.) ciddi narahatlıq keçirir.
Düşünürəm, Sergey Şoyqu ilə Zakir Həsənov arasında bir sıra məslələr ətrafında danışıqlar aparılacaq.
Birincisi, Tovuz hadisələri zamanı Ermənistanın təmas xəttində təxribatçı əməlləri ətrafında geniş fikir mübadiləsi olacaq. Çünki bu məsələ heç olmadığı qədər aktualdır. Rusiya başa düşür ki, Azərbaycan Ermənistanın Tovuz hadisələri kimi təxribatlarına dözmək niyyətində deyil və hər an ikinci bir Aprel əməliyyatı, həm də daha genişmiqyaslı savaş başlaya bilər.
İkincisi, bir müddət öncə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu Prezident Putinlə müzakirə etmişdi. İstənilən halda bu, rəsmi Moskvanın tərəfsiz mövqeyinə və münaqişənin həlli prosesində vasitəçilik missiyasına ciddi xələl gətirir. Düşünürəm, Şoyqunun Bakı səfəri zamanı bu məsələlər də müzakirə ediləcək".
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































