Rusiya hazırlaşır: SSRİ-ni qurmaq planı var – Draqone
27 Aprel 12:12
Altı Rusiya hərbi təyyarəsi, o cümlədən iki Tu-95MC strateji bombardmançı təyyarəsi Koreya Respublikasının hava sərhədini pozub.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı Yonhap agentliyi məlumat yayıb.
Cənubi Koreya hərbçilərinin məlumatına görə, avqustun 19-da səhər saatlarında təyyarələr təxminən, 20 dəqiqə ərzində Seul tərəfindən nəzarət edilən Tokto adaları yaxınlığında Cənubi Koreya zonası daxilində uçuş həyata keçiriblər.
Rusiya Müdafiə Nazirliyi isə xəbər verib ki, Şərq dənizinin neytral suları və Sakit okeanın şimal-qərb hissəsində planlı uçuş aparılıb. Bildirilir ki, Rusiya təyyarələrini müşayiət etmək üçün F-15K (F-15K) və F16K (F-16 K) döyüş təyyarələri havaya qaldırılıb.
Oxuməni.az