Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin gündəmdə olan aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının bütün sahələr üzrə daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlardan məmnunluq ifadə olunub.
İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib.
Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya tərəfindən gərginliyin artmasına şərait yaradacaq istənilən fəaliyyətlərə yol verilməməsinin vacibliyi vurğulanıb.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














