İran Prezidenti Həsən Ruhani İrana qarşı silah sanksiyasının tətbiqi ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
Oxuməni.az-ın məlumatına görə, bu gün Nazirlər Kabinetinin iclasında çıxış edən H. Ruhani bildirib ki, nüvə razılaşmasına əsasən İrana qarşı silah sanksiyasının müddəti oktyabr ayının 18-də başa çatacaq.
"BMT-də İrana qarşı belə bir qətnamə qəbul olunması nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının aşkar şəkildə pozulması olacaq. İrana qarşı qəbul ediləcək qətnamənin təsirindən yarana biləcək hadisələrin məsuliyyəti onu qəbul edənlərin öhdəsində olacaq", - deyə İran Prezidenti vurğulayıb.
O, İranın bəzi cənub qonşularına da səslənib: "İran silahdan əcnəbilərdən özünü müdafiə etmək üçün istifadə edir. Bizim gücümüz və silahımız sizin əleyhinizə deyil. Biz əməldə də öz iddiamızı sübut etmişik. Səddam Hüseyn Küveytə hücum edərkən ilk biz bu hücumu pislədik. Əməldə də Küveyt xalqına yardım etdik, Səddamı dəstəkləmədik. Əməldə sübut etdik ki, bölgə xalqını dəstəkləyirik".
Qeyd edək ki, ABŞ gələn həftə İrana qarşı silah sanksiyasını BMT TŞ-nin iclasında müzakirəyə çıxaracaq.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































