Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.
Oxuməni.az-ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabındakı paylaşımında deyib.
R.T.Ərdoğan bildirib: "Türkiyənin regional və qlobal bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə üstümüzə gəldilər.
Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə təzyiq göstərdilər.
Hamısının bir-bir öhdəsindən gəldik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, regional və qlobal mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var.
Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.
Epidemiyadan sonra meydana gələn yeni dünya nizamında coğrafi mövqeyimiz, logistik şəbəkə əlaqələrimiz, istehsal gücümüz, insan resursları və bilik və bacarıqlarımızdan istifadə edərək yeni bir uğur hekayəsi yazacağıq", - deyə R.T.Ərdoğan bildirib.
Paylaşımda Türkiyənin 2002-2019-cu illər arasındakı inkişafını göstərən sxem yer alıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































