Siyavuş Novruzov: Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik

Siyavuş Novruzov: Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik

Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı verilən qərarlar bu gün regionların inkişafını təmin edən ən mühüm amildir.

Oxuməni.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün biz azad və demokratik ölkədə yaşayırıq: "Müəyyən problem var. Cəmiyyət varsa, insanlar varsa, problem də olmalıdır. Torpaq islahatları sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirildi. Bunun nəticəsində bu gün biz bol kənd təsərrüfatı məhsullarının şahidiyik. Nöqsanlar təbii ki, var və aradan qaldırılmalıdır. Ancaq bununla yanaşı biz görülən işləri də dəyərləndirməliyik. Rayonlarda quruculuq-abadlıq işləri aparılıb, yeni müəssisələr tikilib, yeni iş yerləri yaradılıb.

Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır. Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələr olacaq və biz birlikdə bu qüvvələrə qarşı mübarizə aparmalıyıq".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az