İraqda növbədənkənar seçkilərin təyin edilməsinə səbəb kütləvi etirazlardır.
Oxuməni.az xəbər verir ki, bunu İraq Baş naziri Mustafa Kazıminin gələn il iyunun 6-da növbədənkənar seçki olacağı ilə bağlı açıqlamasına münasibət bildirən iraqlı politoloq Kays əl-Nuri deyib.
O bildirib ki, seçkilərdə hərbçilərin daxili siyasətdəki roluna son qoyulmalı və meydana yeni siyasətçilər gəlməlidir:
"Hökumət iraqlılara çox şey vəd etdi və indi xalq vədlərin yerinə yetirilməsini tələb edir. Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün sağlam daxili siyasətə ehtiyac var. Bu, seçicilərə daxili və xarici təzyiqlərə baxmadan seçim etmək imkanı verir".
Siyasi ekspert Əhməd əl-Abyad isə bildirib ki, növbədənkənar seçkilərin nəticəsinə İran və Səudiyyə müdaxilə edə bilər:
"Əlbəttə, İran və Səudiyyə Ərəbistanının seçkilərə təsir göstərməyə çalışacağını başa düşmək lazımdır. Bunu ilk növbədə İran edəcək, İraqdakı demək olar ki, bütün hadisələrə onlar təsir edə bilir. Ölkədəki hər hakim partiya və ya koalisiyanın Tehranla yaxşı münasibəti olmalıdır. Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri seçkilərə olan xarici təsirlərə ümumiyyətlə gözlərini yumurlar və komissiya dəyişməzsə, bu dəfə də belə edəcəklər".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












