Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc iyulun 12-də Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatından dərhal sonra dünya parlamentlərinin insan haqları komitələrinin rəsmilərinə, beynəlxalq məsələlər və s. aidiyyəti qurumlarına məktublar ünvanlayıb.

Oxuməni.az-ın məlumatına görə, komitə sədri 50-dən çox ölkəyə məktub ünvanlayıb.

Müraciətdə Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-qərb hissəsində başlatdığı işğalçı hücumun əsas məqsədləri açıqlanıb.

Hərbi əməliyyatların Qarabağdan 250 km uzaqlıqda aparılmasının səbəbləri, düşmən ölkənin "yeni ərazilər üçün yeni müharibə" məqsədini irəli sürən yeni hərbi doktrinası, sərhədyanı kənddə yaşayan dinc sakinin qətlə yetirilməsi, mülki əhalinin ev təsərrüfatlarına dəyən dağıdıcı ziyanın miqyası, təxribatın beynəlxalq təhlükəsizlik zəmanəti altında və Avropanın enerji təchizatında etibarlı mənbələrdən olan transmilli neft-qaz kəmərlərinə və tranzit xətlərinə törətdiyi təhdidlər, erməni tərəfin cəbhədə gedən hadisələr haqda saxta xəbərləri tirajlaması və s. barədə məlumat əksini tapıb.

Böyük Britaniya parlamentinin İcmalar Palatasının İnsan hüquqları üzrə birgə komitənin sədri, tanınmış ictimai-siyasi xadim Harriet Harmanın adından Komitə rəsmisindən edilmiş müraciətə cavab verilib. Məktubda xanım H.Harman tövsiyələr verib.

O, Britaniya parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı parlament qrupunun, parlamentari Bob Blakmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci ildə "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı" ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb.

Zahid Oruc Böyük Britaniya parlamentinin Birgə insan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirib.

Britaniya parlamentinin müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını qeyd edib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az