Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) iyulun 21-də Baş Konsulluq qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi vəhşilikləri pisləyib.
Oxuməni.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, açıqlamada Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında toplaşmış azərbaycanlılara hücum edilməsinin qəbuledilməz olduğu bildirilib. Həmçinin, təhlükəsiz şəkildə söz azadlığı və toplaşmaq azadlığının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qaşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib. Sonda təşkilat xəsarət alanların tez bir zamanda və tam sağalmasını diləyib və hüquq mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Los Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir. Los Ancelesdəki Baş Konsulluğumuzun bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































