Gərginliyin artmasının bütün məsuliyyəti Ermənistanın hazırkı rejiminin üzərinə düşür.
Oxuməni.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, ermənilərin xaricdə gərginliyi artırmaq üçün aksiyaları davam etdirəcəkləri və ənənəvi erməni terror təşkilatları "Daşnaksütyun"un hərbi qanadını, ASALA-nı bu prosesə cəlb etməyəcəklərinə heç kim təminat vermir: "Bu terror təşkilatlarının fəaliyyəti son vaxtlar səngisə də, onlar hələ mövcuddur, XİN-in bəyanatında da ölkələri diqqətli olmağa çağırmışıq".
X.Xələfov vurğulayıb ki, həmin ölkələr diplomatlarımızın, soydaşlarımızın təhlükəsilzliyinin təminatını artırmalıdır: "Hamımız ayıq olmalıyıq. Həm diplomatlarımız, həm də sadə vətəndaşlar".
Onun sözlərinə görə, diplomatik missiyalar soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün hüquq-mühafizə orqanları ilə sıx işləyir.
Nazir müavini əlavə edib ki, Azərbaycan regionda gərginliyin artmasında, müharibədə maraqlı deyil: "Biz işğal olunmuş ərazilərin qaytarılmasında maraqlıyıq. Minsk qrupunun həmsədrləri dərk edir ki, status-kvonun saxlanılması mümkün deyil. Ermənistan sülhə təhrik edilməlidir, başqa yol yoxdur. Əgər sülhə gəlmək istəmirsə, danışıqlar prosesin pozursa, o zaman sülhə vadar edilməldir".
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür







.jpg)





























.jpg)
.jpg)










.jpg)





