Ceyhun Bayramovun Xarici İşlər naziri təyin edilməsi düşmən ölkədə isterik reaksiyalarla müşayiət olunur.
Oxuməni.az xəbər verir ki, erməni politoloqları və siyasətçiləri bu dəyişikliyin səbəbini aydınlaşdırmaq üçün təxəyyüllərinin imkan verdiyi bütün uydurmaları işə salıblar.
Ən isterik reaksiyanı isə "dqr"in əldəqayırma "ombudsman"ı Artak Bəyləryan verib. O bildirib ki, Ceyhun Bayramov indiyəqədərki fəaliyyəti ilə qatı antierməni mövqeyi və təbliğatı ilə tanınıb.
Bəyləryan deyir ki, erməniyə nifrət Ceyhun Bayramovun təbiətindədir və o, Təhsil naziri olarkən da azərbaycanlı uşaqların bu ruhda böyüməsini təbliğ edib:
"Ceyhun Bayramovun ilk görüşünü Macarıstan səfiri ilə keçirməsi rəmzi xarakter daşıyır. Burda Ramil Səfərova işarə edilir".
Qeyd edək ki, Məmmədyarova münasibətdə hər zaman "diplomatik etika" nümayiş etdirən erməni siyasətçilərin Ceyhun Bayramovu ciddi tənqid etmələri maraqlı nüansdır.
Oxuməni.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


