Adı açıqlanmayan yüksək rütbəli Rusiya rəsmisinin müharibəni dayandırmaq üçün Qərbdən kömək istədiyi ilə bağlı iddialar yayılıb.
Mediainfo.az xəbər veriri ki, Britaniyanın "The Mirror" nəşri yüksək rütbəli bir Rusiya rəsmisinin müharibəni dayandırmaq üçün Qərb ölkələri ilə gizli əlaqəyə girdiyini yazıb. Bildirilib ki, Qərb diplomatları və kəşfiyyat rəhbərləri ilə danışıqlar aparan Rusiya rəsmisi müharibəni dayandırmaq üçün kömək istəyib.
İddialara görə, həmin şəxs Qərbin diqqətinə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı qərarları və Qərbin sərt sanksiyaları rus elitasında böyük narazılığıa səbəb olub.
Ukraynalı diplomatik mənbə isə "The Mirror"a bildirib ki, Kremlin yüksək rütbəli məmurunun Putinin icazəsi olmadan Qərb kəşfiyyatı ilə əlaqə qurması təəccüblü deyil: "İkinci Dünya Müharibəsinin sonunda öz gələcəklərindən narahat olan rus məmurları da bu cür davranmışdılar. Ona görə də burada təəcüblü nəsə yoxdur".
Xatırladaq ki, indiyə qədər bir sıra yüksək rütbəli şəxslərin, o cümlədən Putinin xüsusi nümayəndəsi Anatoli Çubaysın Ukrayna müharibəsinə qarşı çıxması, sözügedən iddianın əsaslı olması ehtimalını artırır.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























