Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən “Vostok” hərbi kontinqentinə baş çəkib.
Mediainfo.az xəbər verir ki, Sergey Şoyqunu komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov qarşılayıb.
R.Muradov Rusiyanın müdafiə nazirinə döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib.
Müdafiə naziri Rüstəm Muradova Ukrayna ordusunun Donbas istiqamətində atışlar icra edən uzun mənzilli artilleriya və raket bölmələrini məhv etmək göstərişi verib.
Qeyd edək ki, “Vostok” hərbi birləşməsinə Rüstəm Muradovun rəhbərlik etməsi barədə əvvəllər məlumat verilməyib. Rüstəm Muradov 2019-cu ilin yanvar ayından Rusiya ordusunun Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsində çalışır.
Xatırladaq ki, Rüstəm Muradov həm də 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























