Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
Mediainfo.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı nazirlikdə məlumat yoxdur.
“Bu iddiaların təfərrüatlarından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Bilinmir ki, kimdən, nədən bəhs edilir”, - o vurğulayıb.
Qeyd edək ki, deputat T.Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birinin polis tərəfindən saxlanılaraq yoxlanıldığını deyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































