44 günlük müharibənin əsas nəticəsi tarixi ədalətin təntənəli bərpası oldu. Azərbaycan xalqı öz qanuni ərazilərini geri qaytardı, 30 illik münaqişəni öz gücü ilə həll etdi.
Mediainfo.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Aleksey Xlopotov 27 Sentyabr - Anım Günü ilə bağlı danışarkən deyib.
“Separatçıların ordusu tamamilə darmadağın edildi. Bu, böyük və əsl qələbə idi! O qələbə ki, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, ölkəni Cənubi Qafqazda şəksiz lider kimi göstərdi, Türkiyə ilə ittifaqı möhkəmləndirdi və faktiki olaraq Azərbaycana bütün regionda dominantlığı qazandırdı.
Regionun sülh şəraitində inkişaf etməsi üçün Rusiya, Azərbaycan, Türkiyə və İran arasında əməkdaşlığı nəzərdə tutan vahid platforma yaradıldı. Bu isə böyük uğurdur”, - o bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan Ordusu 44 günlük müharibə ərzində nəinki Qafqazda, hətta bütün postsovet məkanında öz əzmini göstərdi:
“Əminliklə demək olar ki, bu müharibə onilliklər ərzində postsovet məkanının əsas hadisəsi oldu”.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























