Bu gün Rusiyada vahid seçkilər günüdür.
Mediainfo.az-ın məlumatına görə, Rusiyada 17-19 sentyabr tarixlərində Rusiya parlamentinin aşağı palatasına - Dövlət Dumasına, ölkənin 9 Federasiya subyektinin başçısı postuna (daha üç bölgədə qanunverici məclislərin deputatları ən yüksək inzibati şəxsləri seçəcəklər), 39 regional parlamentə və bələdiyyələrə seçkilər keçirilir.
Seçki məntəqələri saat 08.00-dan saat 20.00-a qədər açıqdır.
Rusiya parlamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçiləcək. Hazırda Mərkəzi Seçki Komissiyasında seçkilərdə iştirak etmək üçün 14 siyasi partiya qeydiyyatdan keçib. Partiyalar ümumilikdə 3910 namizəd irəli sürüb. Dövlət Dumasında təmsil olunmaq üçün partiyalar seçicilərin 5 və daha artıq səslərini toplamalıdırlar. Seçkilər sentyabrın 19-da Moskva vaxtı ilə saat 20:00-da başa çatacaq.
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Moskvada səfərdədirlər. Sentyabrın 16-dan başlayan səfər sentyabrın 20-dək davam edəcək. Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































