Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada tank tırtılları istehsal edən zavodun işçiləri qarşısında çıxışı zamanı ölkəsinin regionda rolunun və nüfuzunun artması haqda danışıb. “Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Şərqi Ağdənizdə də varıq, olmağa da davam edəcəyik”,-o bildirib.
Mediainfo.az xəbər verir ki, Sakarya tank tırtılları zavodunun investorların idarəetməsinə verilməsi neçə vaxtdır Türkiyədə müxalifətlə hakimiyyət arasında polemika mövzusudur. Müxalifət hakimiyyəti strateji əhəmiyyətli müdafiə sənayesi zavodunu xaricililərə dəyərindən qat-qat ucuz satmaqda ittiham edir. Ərdoğan isə zavodun işçiləri qarşısında bəyan edib ki, zavodun mülkiyyəti Milli Müdafiə Nazirliyinə məxsusdur. “Bura dövlətin malıdır və elə də qalacaq”,-prezident deyib.
“Biz haqqımız nəysə bu haqqımızı sökə sökə alırıq və alacağıq. Şərqi Ağdənizdə (Aralıq dənizi) və Kipr sahillərində karbohidrogen axtarma işlərini də davam etdirəcəyik”, -Türkiyə prezidenti regionda ölkəsinin maraqlarını güzəştə getməyəcəyini vurğulayaraq bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































