ABŞ Ədliyyə Nazirliyi Nyu-Yorkun sabiq meri Rudi Culianiyə qarşı Türkiyənin maraqlarının lobbiçiliyi ilə əlaqədar istintaqa başlayıb.
Mediainfo.az “Bloomberg”ə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaxın müttəfiqi və şəxsi vəkili olmuş Culiani Ankaranın 2016-cı il dövlət çevrilişinə cəhddə günahlandırdığı Fətullah Gülənin ekstradisiyasına və çirkli pulların yuyulmasında ittiham olunan Rza Zərrabın sərbəst buraxılmasına nail olmada Türk hökumətinə yardım etmə ittihamı ilə qarşılaşıb.
Rudi Culiani Türkiyənin maraqları üçün lobbi fəaliyyətini inkar edir. Ancaq hökumət həm Türk, həm də Amerika rəsmiləri ilə təmaslarının bütün təfərrüatlarını açıqlayaraq, Nyu-Yorkun keçmiş merinin xarici maraqlar naminə hərəkət etdiyinə qərar verərsə, lobbiçi kimi qeydiyyatdan keçməsini tələb edə bilər.
Qeyri-kriminal istintaq Culianinin Tramp administrasiyasını xarici maraqlar naminə lobbi fəaliyyətinə cəlb edib-etməməsinə diqqət yetirir. ABŞ Ədliyyə Nazirliyi bu cür hallarda şəxslərə qarşı “yumşaq yanaşma” tətbiq edir.
Xatırladaq ki, Rza Zarrab 2016-cı ildə Mayamidə həbs olunub, fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı müxtəlif cinayətlərdə günahkar olduğunu etiraf edib.
İş adamının ifadəsi əsasında Türkiyənin dövlət bankı olan “Halkbank”ın keçmiş baş direktor müavini Mehmet Hakan Atilla İrana qarşı sanksiyaları pozduğuna görə məsuliyyətə cəlb edilib
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































